Xəbər Lenti

    "Səbail"dən vacib qələbə, "Şəmkir"lə "Zaqatala" rəsmən Premyer Liqadan kənarda

    FutbolTarix: 2017-04-21 20:15:00
    ...

    Bu gün futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXV turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, günün mərkəzi oyununda "Səbail" Premyer Liqa uğrunda rəqiblərindən olan "Şəmkir"i uzatma dəqiqələrində vurduğu qələbə topu ilə məğlub edərək vacib qələbə qazanıb. Bununla da ikiqat çempionumuz güclülər dəstəsinə qayıtmaq şansını itirib.

    "Səbail"in ən yaxın izləyiciləri olan "Qaradağ Lökbatan"la "Ağsu" növbəti qələbələrini qazanıblar. "Zaqatala" ağsululara böyük hesabla uduzmaqla mübarizədən rəsmən kənarda qalıb. 

    Artıq çempion olan "Turan Tovuz" bu turda xal itirib. Onula birgə Topaz Premyer Liqasına vəsiqə qazanacaq daha 2 komandanın adı son turda bilinəcək. Aprelin 27-də keçiriləcək həmin gün iddiaçılar səfər matçlarına çıxacaqlar. "Səbail" autsayder "Bakılı"nın, "Qaradağ Lökbatan" lider "Turan Tovuz"un, "Ağsu" "Şəmkir"in qonağı olacaq

    21 aprel

    “Səbail” - “Şəmkir” - 1:0
    Qol: Elvin Adışirinli, 90+1

    “Göyəzən” - “Mil-Muğan” - 3:7
    Qollar: Orxan Əsgərov, 59; Aqşin Sadıqov, 80; Cavid Nuriyev, 84 - Vüqar Əlibabayev, 13; Bayram Əliyev, 26, 32; Raul Yaqubzadə, 37, 63 Mənsur Nəhavəndi, 38; Bayram Əliyev, 75

    “Ağsu” - “Zaqatala” - 4:0
    Qollar: Adil Tağıyev, 22, 39; Elnur Səmədov, 36; Əli Bağırov, 75

    “Qaradağ Lökbatan” - MOİK - 3:0
    Qollar: Rüfət Məmmədov, 10, 28; Əliağa Xudiyev, 57

    “Şahdağ” - “Turan Tovuz” 1:1
    Qollar: Vüqar Asəliyev, 83 // Rəhman Tağıyev, 36

    “Energetik” - “Bakılı” - 1:1
    Qollar: Elməddin Cəfərov, 45+1 // Aslan Hüseynov, 34

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10