Xəbər Lenti

    İslamiada ilə bağlı reklam filmi çəkilib

    İslamiadaTarix: 2017-04-21 19:58:00
    ...

     “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) qısametrajlı reklam filmi hazırlayıb. Sport24.az xəbər verir ki, milyonlarla televiziya tamaşaçısının seyr edə biləcəyi bu qısametrajlı reklam filmi ruhla bədənin vəhdətində mükəmməlliyin ehtiramla bayram edilməsi, İslamda birlik, Azərbaycanın ölkə və xalq kimi mədəniyyəti və irsinin beynəlxalq səviyyəli çoxnövlü idman tədbiri ilə tərənnümü üzərində qurulub.

    Film paytaxtın ən tanınmış yeni və müasir memarlıq nümunələri ətrafında çəkilib. Bura Heydər Əliyev Mərkəzi, Alov qüllələri və əzəmətli Heydər Məscidi daxildir. Filmin yaradıcı heyəti, həmçinin ilham mənbəyini Azərbaycanın mədəni irsi olan, UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bizim eradan əvvəlki dövrlərə məxsus qayaüstü rəsmlərindən götürüb.

    Qeyd edək ki, mayın 12-22-də Bakıda keçiriləcək Oyunlardan əvvəl film dörd qitəni əhatə edən 50-dən çox ölkədə yayımlanacaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10