Xəbər Lenti

    PFL rəsmisi medalların təqdimatına görə növbəti turdakı yerdəyişmələrdən danışdı

    FutbolTarix: 2017-04-21 10:50:33
    ...

    Topaz Premyer Liqasında cari mövsümün medallarının təqdimetmə mərasimi ötən mövsümlərdən fərqli olaraq son turda keçirilməyəcək. Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sport24.az-a açıqlamasında hər 3 medalçının öz mükafatlarına elə qarşıdakı turda qovuşmasının nəzərdə tutulduğunu bildirib.

    Şahgəldiyevin sözlərinə görə, bununla bağlı klubların rəhbərləri, baş məşqçiləri ilə danışıqlar gedir və məsələyə bu gün tam aydınlıq gələcək: "Adəti üzrə biz çempiona qızıl medalları, çempionluq kubokunu son turda verirdik. Ancaq "Qarabağ" son turda səfərdə oynayır. Bu tur isə son ev matçıdı və "Sumqayıt"la görüşəcək. "Qarabağ" bizə müraciətində qızıl medallarını və çempionluq kubokunu öz stadionda - "Azərsun Arena"da almasını istədiyini göstərib. Bizim üçün də fərqi yoxdu ki, bu, son turda və ya ondan əvvəl olsun".

    Məlum olduğu kimi, gümüş və bürünc medalları özlərinə artıq təmin edən "Qəbələ" ilə "İnter" bu turda öz aralarında oynayacaq. Özü də qarşıdakı turun bütün matçlarının eyni gündə - aprelin 23-də keçirilməsi nəzərtə tutulub. Ancaq PFL "Qarabağ"ın təltifetmə mərasiminə görə Qəbələdəki matçın tarixini dəyişməyə məcburdu. Şahgəldiyevi dinləyək: "Həmin oyunun 1 gün və ya sonraya variantı mövcuddu. İndiki vaxtda 1 gün əvvələ olması real görünmür. Çünki vaxt azdı. Ancaq "Qəbələ" - "İnter" matçının 1 gün sonraya keçirmək mümkündü və bununla da bağlı klublarla danışıqlarımız gedir. Bütün bunlara aün ərzində tam aydınlıq gələndən sonra rəsmi məlumat verəcəyik".

    Xatırladaq ki, mükafatçıların 3-ü də son turda səfərdə oynayacaq. "Qarabağ" XXVIII turda aprelin 29-da "Neftçi"nin, "Qəbələ" "Sumqayıt"ın, "İnter" "Kəpəz" qonağı olacaq.  

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 27 17 6 4 44-13 59
Qəbələ 26 13 10 3 43-16 49
İnter 26 11 10 5 36-28 43
Zirə 27 8 10 9 25-28 34
Kəpəz 27 8 9 10 23-27 33
Sumqayıt 27 8 8 11 26-34 32
Neftçi 27 9 3 15 25-42 30
AZAL 27 1 7 19 13-47 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 25 17 7 1 60-10 58
Səbail 25 17 3 5 73-24 54
Qaradağ L. 25 17 1 7 63- 29 52
Ağsu 25 16 4 5 63-21 52
Şəmkir 25 15 2 8 41-20 47
Zaqatala 25 14 4 7 66-31 46
Mil Muğan 25 12 5 8 45-32 41
MOİK 25 9 6 10 41-30 33
Şahdağ 25 7 6 12 33-45 27
Şərurspor 25 7 4 14 36-51 25
Energetik 25 5 5 15 24-78 20
Bakılı 25 3 2 20 29-92 11
Rəvan 25 6 1 18 24-67 10
Göyəzən 25 2 4 19 19-93 10