Xəbər Lenti

    Hidayət Heydərov Avropa çempionu oldu, Rüstəm Orucovdan bürünc medal - YENİLƏNİB

    CüdoTarix: 2017-04-21 10:50:30
    ...

    Hidayət Heydərov "qızıl xal"da rəqibinə xəbərdarlıq verdirərək, Avropa çempionu tituluna yiyələnib.

    Beləlilklə, cüdoçularımız günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

    ***

    Orucov rəqibinə üç xəbərdarlıq verdirərək, Avropa çempionatının bürünc medalına sahib olub.

    ***

    R. Orucov təsəlliverici görüşdə rusiyalı Denis Yartsevi "ippon"la keçib. Həlledici bürünc görüşünə çıxacaq 25 yaşlı cüdoçumuzu burada macarıstanlı Mikloş Unqvari gözləyir.

    ***

    Heydərov macarıstanlı rəqibini "vazari" ilə yenərək, finala vəsiqə qazanıb. Finalda o, rusiyalı Musa Moquşkov ilə üz-üzə gələcək.

    ***

    Orucov bu mərhələdə rusiyalı rəqibi Musa Moquşkova "vazari" ilə uduzub. O, təsəlliverici mərhələdə mübarizə aparacaq.

    ***

    Heydərov bu dəfə də rəqibini "ippon" xalı ilə məğlub edib. Yarımfinala vəsiqə qazanan gənc cüdoçumuzu burada macarıstanlı Mikloş Unqvari gözləyir.

    ***

    H. Heydərov görüşün ikinci dəqiqəsində türkiyəli Həsən Vanlıoğlunu "ippon"la məğlub edib. 1/4 finalda o, isveçli Tommi Makiasla qarşılaşacaq.

    ***

    Orucov rəqibini iki "vazari" xalı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Burada o, rusiyalı Musa Moquşkovla üz-üzə gələcək.

    ***

    R. İsmayılov görüşün gedişində "vazari" ilə önə keçsə də, son dəqiqədə "ippon"a düşüb. Beləliklə, o, mübarizəni dayandırıb.

    ***

    Orucovun 1/8-dəki rəqibi müəyyənləşib. Bu, erməni Karapetyandı.

    ***

    Hidayət Heydərov ilk görüşdə "vazari" xalı ilə üstün olub. 1/8-ə adlayan cüdoçumuzu burada Guilame Çayn(Fransa) - Həsən Vanlıoğlu(Türkiyə) duelinin qalibi gözləyir.

    Rüfət İsmayılov estoniyalı rəqibini "ippon"la keçərək, 1/8 finala yüksəlib. Burada onu moldovalı Nikon Zaborosçuç gözləyir.

    ***Rüstəm Orucov ilk görüşündə rəqibinə üç xəbərdarlıq verdirərək, vaxtından əvvəl qalib gəlib. Növbəti mərhələdə onu Filipp Moziç(Serbiya) - Ferdinand Karapetyan(Ermənistan) duelinin qalibi gözləyir.

    ***

    Polşanın paytaxtı Varşavada təşkil olunan cüdo üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki,  yarışın ikinci günündə kişilərdə iki, qadınlarda iki olmaqla, daha 4 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək.

    Azərbaycan komandası yalnız kişilərin yarışında təmsil olunacaq.
     

     
    73 kq
    Olimppiya vitse- çempionumuz Rüstəm Orucov yarışa 1/16 finalda qoşulacaq. O, bu mərhələdə Rodolf Kurtides (Kipr) – Andre Seppa (Estoniya) cütünün qalibi ilə münasibətinə aydınlıq gətirəcək.
     
    Orucov kimi Hidayət Heydərovun da ilk görüşü 1/16 finala təsadüf edəcək. 20 yaşlı cüdoçumuz Reqimantas Rıbinas(Litva) – Xavyer Ramires(İspaniya) görüşünün qalibi ilə üz-üzə gələcək.
     
    81 kq
    Bakı "Böyük Dəbilqə"sinin qalibi Rüfət İsmayılov Avropa çempionatına 1/16 finaldan qoşulacaq.  21 yaşlı cüdoçumuz, estoniyalı Kristian Toniste ilə güləşəcək.
     
    Qeyd edək ki, ilk gündə mübarizə aparan dörd təmsilçimizdən ikisi - Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10