Xəbər Lenti

    Kramnik Şəmkirin fəxri vətəndaşı oldu: "Bəlkə bu, məni şəmkirlilərin qəzəbindən xilas edər"

    ŞahmatTarix: 2017-04-20 22:12:00
    ...

    "Şəmkir turnirində yüksək əhvalım onunla bağlıdı ki, son bir neçə gündə əvvəlcə Sürixdə, ardından Moskvada oldum. Orada havanın temperaturu 0 dərəcə idi. Havalar çox soyuq keçirdi. Burada isə hava günəşlidi. Əhal-ruhiyyəm ilk növbədə bununla bağlıdı". Sport24.az-ın Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri dünya çempionu Vladimir Kramnik "Shamkir Chess 2017"superturnirinin açılış mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib. O, bu turnirdən iddialırının yüksək olduğunu gozlətməyib: "Reytinqim yetərincə yüksəkdi və deməli, məntiqlə ən yüksək yerlər uğrunda oynamalıyam. İş ondadı ki, Sürix turnirinə qədər son 4 ayda oynamamışam. Bu üzdən hansı formada olduğumu demək çətindi. Bütün hallarda bura böyük həvəslə gəlmişəm. Mümkün qədər yaxşı oynamağa çalışacağam. Yaxşı oynasam isə, nəticə də yüksək olacaq".

    Mətbuat konfransından bir neçə dəqiqə əvvəl Şəmkirin İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun skramnikə bu rayonun fəxri vətəndaşı olmağını təklif etdiyi müşahidə olunub. Vladimir bunu təsdiqləyib: "Bəlkə də bu, sirdir. Ancaq bir halda ki, siz artıq açıqladınız, bəli, mən Şəmkirin fəxri vətəndaşı olmağa razılıq verdim. Bəlkə bu, məni şəmkirlilərin qəzəbindən xilas edər".

    CEYHUN ƏLİYEV, Şəmkir
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3