Xəbər Lenti

    Nicat Şıxəlizadə ilk AÇ medalına doğru - QEYD

    CüdoTarix: 2017-04-20 17:36:20
    ...

    Polşada keçirilən cüdo üzrə Avropa çempionatının yarımfinalına vəsiqə qazanan 66 kiloqram çəkidəki təmsilçimiz Nicat Şıxəlizadə bununla iki şans yaxalayıb. Cüdoçumuz yarımfinalda sloveniyalı Adrian Qomboç səddini keçəcəyi təqdirdə ən azından gümüş medalı təmin edəcəksə, işdi, uduzacağı halda "bürünc" uğrunda həlledici görüşdə iştirak hüququna malik olacaq.

    Bu, o medaldı ki, hələ də 29 yaşlı təcrübəli cüdoçumuzun aktivində yoxdu. 

    Şıxəlizadə dünya cüdo aləmində kifayət qədər məşhur olsa da, onun uğurları əsasən əvvəlki Dünya və Superdünya Kuboku yarışları, indiki "Dünya Turu" seriyası çərçivəsində keçirilən turnirlərlə bağlıdı. O, indiyədək bir dəfə Superdünya Kubokunun qalibi, Dünya Kubokunun üç dəfə mükafatçısı olub. "Dünya Turu" seriyasına gəlikdə, təcrübəli cüdoçu bu yarışların dördündə qızıl, ikisində gümüş, daha dördündə isə bürünc medal qazanıb. 

    Bundan başqa, o, 2005- ildə, hələ 17 yaşında olarkən, Dünya çempionatının bürünc medalına da sahib olub. 

    Kadet və gənclərdə bir dəfə qitənin əsas yarışının qalibi olsa da, uzun müddətdi çıxış etdiyi böyüklərin mübarizəsində Avropa çempionatlarında mükafatçılar sırasına düşə bilməyib.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10