Xəbər Lenti

    Diniyev Qafqaz kişisindən söz saldı: "O, cinayət xarakterli hərəkət etsəydi, həmin andan komandada olmazdı"

    FutbolTarix: 2017-04-20 17:04:57
    ...

    "Futbolçular mənim övladlarımdı. Onlardan biri yaxşı hərəkət etməyibsə, bunu malalaya da bilərəm, üstündən keçə də. Ancaq gəlin, səmimi olaq. Qəbul olunaram, olunmaram, bu, ikinci məsələdi. Ancaq Tural Rzayevin məsələsi ilə bağlı düşüncə tərzim tam başqadı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib. Məlum olduğu kimi, Rusiyanın Vladiqafqaz şəhərindən olan Anjelika Kesayeva bir müddət öncə gəncəli futbolçu Tural Rzayevdən şikayət edib. Belə ki, o, Azerisport.com saytına göndərdiyi məktubda "Kəpəz”in yarımmüdafiəçisinin onunla vətəndaş nigahında olduğunu iddia edib. Anjelikanın deidyinə görə, bu nigahdan oğlu oğlu dünyaya gəlsə də, futbolçu Ruslan adlı oğlunu qəbul etmək istəmir. Bu da Anjelikanın azərbaycanı olmaması ilə bağlıdı. Kesayeva həmçinin bəyan edib ki, lazım olarsa, DNT testindən keçməyə də hazırdı.

    Diniyev bu olayda futbolçusunu qınasa da, şəxsi məsələsi olduğunu da vurğulamağı lazım bilir: "Mentaletimiz var, bu, aydındı. Ancaq gəlin, belə danışaq ki, bu səhvləri hər birimiz eləmək gücündəyik. Heç bir insan bu səhvlərdən sığortalanmayıb. Üstəlik də Qafqaz kişisi. Sadəcə, hər şeydə ehtiyatlı olmaq lazımdı. Bir gün mətbuat katibimiz hay-küylə gəldi ki, Şahin müəllim, xəbəriniz var, Tural Rzayev nə edib. Yanıma elə formada gəldi ki, dedim, artıq nəsə olub. "Ürəyimi çəkmə, de, görüm nə olub" deyəndən sonra cavab verdi ki, bəs belə. Allah sənə kömək olsun, olub-olub, kişidi də. Bu, futbolçumun şəxsi işidi, mənim işim meydançadı. Azyaşlı uşağa təcavüz edilsəydi, yaxud zorlanma olsaydı başqa məsələ, Ancaq ikisi də gəncdi, öz aralarında nəsə olubsa, özləri ayırd eləməlidirlər. Böyük adamlardırlar, onların şəxsi işlərinə qarışmaq düzgün olmazdı. Rzayev cinayət xarakterli hərəkət eləməyib ki...Eləsəydi, həmin andan komandada olmazdı".

    "Kəpəz"in baş məşqçisi mənəvi məsələləri arxa plana keçirməyi də düzgün saymır: "Turalı yanına çağırdım. Dedim ki, səni başa düşürəm, gəncsən, hansısa səhvi edə bilərsən. Ancaq elə et ki, üzə çıxmasın. Özünüz öz aranızda kompromis tapıb bu məsələni həll edin, bağlansın getsin. Bu sözü Turala demişəm, onun özündən də soruşa bilərsiniz. Rzayev səriştəsizliyin, sadəlövhüüyün güdazına gedib. Həmin xanımın odlu-alovlu çıxışını oxudum. Futbolçu işə düşüb, ancaq əlbəttə, günahı da var. Heç kimin haqqını almırıq".

    Xatırladaq ki, 24 yaşlı Rzayev "Kəpəz"də azsaylı öz yetirmələrindən, tək-tük gəncəli futbolçulardandı.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10