Xəbər Lenti

    Rekordçuya 1 addım qaldı və ya Qurbanov çempion olduğu baş məşqçilərin əhatəsində

    FutbolTarix: 2017-04-20 16:00:00
    ...

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında çempionluq sayına görə rekordçuya lap yaxınlaşıb. Sport24.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin bu göstəricidə aşkar lider olan təcrübəli həmkarı Ağasəlim Mircavadova çatmasına cəmi 1 addım qalıb. Hələliksə Qurbanov "Qarabağ"la 4-cü çempionluğu ilə digər təcrübəli həmkarı Kazbek Tuayevə çatıb.

    Qurbanov qızıl medallarının hamısı indiki komandası ilə qazanıbsa, 70 yaşlı Mircavadov 4 klubla 1-ci olub. Bunlar 1993-cü ildə "Qarabağ", 1999-2001-ci illərdə "Şəmkir", 2005-ci ildə "Neftçi", 2007-ci ildə "Xəzər Lənkəran" olub. Mircavadov "Neftçi"ni çıxmaq şərtilə qalan klublara ilk çempionluğu qazandırıb. Göründüyü kimi, "Qarabağ" çempionluqlarını bu uğuru daha çox qazanan baş məşqçilərlə əldə edib.

    Tuayev ilk çempionluğunu "Turan", sonrakılarını "Neftçi" ilə qazanıb. Maraqlıdır ki, bu 2 təcrübəli mütəxəssis Qurbanovun baş məşqçiləri olub. Özü də o, futbolçu kimi ilk çempionluğunu "Turan"da Tuayevlə,, sonuncunu "Neftçi"də Mirvavadovla qazanıb.  

    Qurbanovun qabaqladığı çempion məşqçilərdən Böyükağa Hacıyev ilk uğurunu "Bakı", sonrakı ikisini "Neftçi" ilə qazanıb. Mehman Allahverdiyev isə hər 3 çempionluğunu eyni klubla - "Kəpəz"lə qazanması ilə fərqlənir. Arif Əsədovun yeganə çempionluğu futbolçu kimi də heyətində buna nail olduğu "Neftçi"di. 

    Məlum olduğu kimi, Azərbaycan milli çempionatının qlaibi olan 9 baş məşqi var ki, bunlardan 3-ü əcnəbidir. İlk belə uğura nail olan ukraynalı Valentin Xodukinlə sonuncu çempion əcnəbi məşqçi olan gürcüstanlı Kaxaber Tsxadadze "İnter"lə məqsədə çatıb. Milli komamndamızın da baş məşqçisi olmuş Qyoko Hacıyevski isə "Bakı" ilə çempion olun. 

    Xatırladaq ki, "Qarabağ"la Qurbanov ardıcıl 4 dəfə çempion olmalarına görə rekordçudurlar.

    Azərbaycan milli çempionatının qalibi olan baş məşqçilər

    Baş məşqçi

    Çempion sayı

    Çempion mövsümlər

    Ağasəlim Mircavadov

    5

    1993, 1999/00, 2000/01, 2004/05, 2006/07

    Qurban Qurbanov

    4

    2013/14, 2014/15, 2015/16, 2016/17

    Kazbek Tuayev

    4

    1993/94, 1995/06, 1996/97, 2003/04

    Böyükağa Hacıyev

    3

    2005/06, 2011/12, 2012/13

    Mehman Allahverdiyev

    3

    1994/95, 1997/98, 1998/99

    Arif Əsədov

    1

    2010/11

    Valentin Xodukin (Ukrayna)

    1

    2007/08

    Qyoko Hacıyevski (Makedoniya)

    1

    2008/09

    Kaxaber Tsxadadze (Gürcüstan)

    1

    2009/10

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10