Xəbər Lenti

    "Xəzərdən başlayan su səyahəti" Gəncədə

    İslamiadaTarix: 2017-04-20 15:11:00
    ...

    “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı aprelin 19-da Gəncə şəhəri olub. Sort24.az xəbər verir ki, Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahəti dağların qoynuna sığınan füsunkar gözəlliyə malik Göygöldə davam edib. Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Aysu Salahova “Bakı-2017”nin misdən hazırlanmış su qabını Göygölün suyu ilə doldurublar. Bu su qabı axşam saatlarında şəhərdəki Heydər Əliyev Park Kompleksindəki amfiteatrda keçiriləcək su festivalında və mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

     

     

     

    Həmin gün Gəncə şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

    Tədbirdə çıxış edən layihə rəhbəri Ülviyyə Əkbərova, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva və oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0