Xəbər Lenti

    Orxan Səfərov və Nicat Şıxəlizadə Avropa üçüncüsü oldu - YENİLƏNDİ

    CüdoTarix: 2017-04-20 03:04:52
    ...

    Şıxəlizadə rəqibini "ippon"la yenərək, karyerasında ilk dəfə Avropa çempionatının bürünc medalını qazanıb.

    Beləliklə, komandamız ilk günü iki bürünc medalla başa vurub.

    ***

    Orxan üçüncülük görüşünün ilk dəqiqəsində rəqibini "ippon"la məğlub edərək, qitə çempionatının bürünc medalına sahib olub.

    ***

    Şıxəlizadə yarımfinalda rəqibinə "ippon"la uduzaraq, karyerasında ilk dəfə AÇ-nin finalına çıxmaq imkanınıı əldən verib. "Bürünc" uğrunda mübarizə aparacaq təmsilçimizi burada Belarus cüdoçusu Dmitri Minkou gözləyir.

    ***

    Səfərov türkiyəli Bəkir Özlünü "ippon"la yenərək, bürünc medal uğrunda həlledici görüşə vəsiqə qazanıb. Ardıcıl üçüncü AÇ medalını qazanmaq üçün o, gürcüstanlı Amiran Papinaşvili səddini keçməlidi.

    ***

    N. Şıxəlizadə rusiyalı Kamal Xan-Maqomedovu "vazari" ilə məğlub etməklə yarımfinala adlayıb. Onun rəqibi sloveniyalı Adrian Qomboç olacaq..

    ***

    Səfərov 1/4 finalda rusiyalı rəqibinə "vazari" ilə uduzub. O, bürünc medal uğrunda mübarizə aparacaq. Burada ilk rəqib isə Lukumi Çkivimiani(Gürcüstan) - Bəkir Özlü(Türkiyə) cütünün məğlubu olacaq.

    ***

    Nicat Şıxəlizadə ikinci görüşünü də "ippon"la başa vuraraq, 1/4 finala vəsiqə qazanıb.

    ***

    Aişə Qurbanlı ikinci görüşdə "ippon"a düşərək, mübarizəni dayandırıb.

    ***

    Nicat Şıxəlizadə ilk görüşünü 1 dəqiqə 45 saniyəyə "ippon"la başa vurub. Onu 1/8 finalda beliçikalı Casper Lefever gözləyir.

    ***

    O. Səfərov slovakiyalı rəqibini "ippon"la keçib. O, 1/4 finalda rusiyalı Robet Mşvidobadze ilə görüşəcək.

    ***

    Qadınların 48 kq çəkisindəki təmsilçimiz Aişə Qurbanlı ilk görüşdən qalib ayrılıb. O, türkiyəli Gülkader Şentürkü "vazari" ilə üstələyib.

    1/8 finalda onu macarıstanlı Eva Senoviçzki gözləyir.

    ***

    Qadınların 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova ilk görüşdəncə AÇ ilə vidalaşıb. O, macarıstanlı rəqibi ilə görüşdə üç xəbərdarlıq alaraq, disvalifikasiya olunub.

    ***

    Kişilərin 60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Orxan Səfərovun 1/8 finaldakı rəqibinin adına aydınlıq gəlib. Bu, slovakiyalı Matyaz Trboviçdi.

     

    Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürür. Sport24.az xəbər verir ki, kişilərdə 60, 66, qadınlarda isə 48, 52, 57 kiloqram çəki dərəcələri üzrə qaliblərin müəyyənləşəcəyi ilk gündə 4 təmsilçimiz tatami üzərinə çıxacaq.

    Kişilər, 60 kq

    Burada ölkəmiz son iki əsas qitə yarışın gümüş mükafatçısı Orxan Səfərovla təmsil olunacaq. 25 yaşlı cüdoçumuz mübarizəyə 1/8 finaldan başlayacaq ki, onun rəqibi hələ müəyyənləşməyib. Bu, slovakiyalı Matyaz Trboviçlə almaniyalı Moritz Plakfinin 1/16 final görüşünün nəticəsinə əsasən bəlli olacaq. 

    66 kq

    Nicat Şıxəlizadə 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi artıq məlumdu. Bu, almaniyalı Manuel Şeybeldi.

    Qadınlar, 48 kq

    Ölkəmizi qadınların ən yüngül çəki dərəcəsində ölkəmizi Aişə Qurbanlı təmsil edir. 24 yaşlı cüdoçumuzun ilk görüşü 1/16 finala təsadüf edir ki, o, mükafatlar uğrunda mübarizəni davam etdirmək üçün türkiyəli Gülkadər Şəntürkü üstələməlidi.

    52 kq

    Antalya Qran Pri-sinin bürünc mükafatçısı Nəzakət Əzizova Avropa çempionatında ilk görüşünü 1/16 final mərhələsində macarıstanlı Reka Puppa qarşı keçirəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 27 17 6 4 44-13 59
Qəbələ 26 13 10 3 43-16 49
İnter 26 11 10 5 36-28 43
Zirə 27 8 10 9 25-28 34
Kəpəz 27 8 9 10 23-27 33
Sumqayıt 27 8 8 11 26-34 32
Neftçi 27 9 3 15 25-42 30
AZAL 27 1 7 19 13-47 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 25 17 7 1 60-10 58
Səbail 25 17 3 5 73-24 54
Qaradağ L. 25 17 1 7 63- 29 52
Ağsu 25 16 4 5 63-21 52
Şəmkir 25 15 2 8 41-20 47
Zaqatala 25 14 4 7 66-31 46
Mil Muğan 25 12 5 8 45-32 41
MOİK 25 9 6 10 41-30 33
Şahdağ 25 7 6 12 33-45 27
Şərurspor 25 7 4 14 36-51 25
Energetik 25 5 5 15 24-78 20
Bakılı 25 3 2 20 29-92 11
Rəvan 25 6 1 18 24-67 10
Göyəzən 25 2 4 19 19-93 10