Xəbər Lenti

    Avropa çempionatı: Püşk haqda QEYD

    CüdoTarix: 2017-04-19 20:24:00
    ...

    Sabah Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürəcək. Bu gün, 9-u kişi, 2-si isə qadın olmaqla, ümumlikdə 11 nəfərlə təmsil olunacağımız fərdi proqramın püşkatma mərasimi keçirildi. Beləliklə, komandamızın üzvlərinin ilk və final yolunda potensial rəqibləri müəyyənləşdi.

    Püşkü necə dəyərləndirmək olar?

    Nəzərə çatdıraq ki, reytinqə əsasən təmsilçilərimizin bir çoxunun liderlər qrupunda olması, onların ən azından yarımfinaladək favoritlərin bir çoxundan uzaq düşəcəyini öncədən şərtləndirirdi.

    Liderlərdən biri də hazırda Dünya Cüdo Federasiyasının reytinqində ilk pillədə qərarlaşan Orxan Səfərovdu. ikiqat Avropa vitse-çempionunun özü önbaxışda üç cüdoçudan ehtiyat edirdi ki, onlardan biri - rusiyalı Robert Mşvidobadze birbaşa qrupda yer alsa da, digər ikisi ikinci yarımqrupdadı. Yəni, Səfərov gürcüstanlı Amiran Papinaşvili və ispan Fransisko Qarriqos ilə, sadəcə, finalda üz-üzə gələ bilər.

    Finaladək daha iki cüdoçunu da xüsusi fərqləndirmək lazımdı. Bunlar türkiyəli Özlü Bəkir və Tiflis Qran Prisinin son qalibi gürcüstanlı Lukumi Çkivimianidi. Birinci Rio tsiklinin sonlarında Səfərova bir neçə dəfə çətin anlar yaşadıbsa, gürcü "doğma divarlar" arasında yüksək performansı ilə diqqət mərkəzinə düşüb.

    66 kq-nın reytinqində Avropada ikinci olan Nicat Şıxəlizadə də bir neçə favoritdən "qaçıb". Düzdü, onunla birlikdə qrupda Avropa Oyunlarının qalibi rusiyalı Kamal Xan Maqomedov yer alır, amma digər yarımqrupdakı vəziyyətə baxanda, nisbətdə final yolunun çətin olmadığı görünür. Məsələn, turnirin son qalibi gürcüstanlı Vaza Marqvelaşvili və İsrail təmsilçisi, Bakı Böyük Dəbilqəsinin qalibi Tal Fliker ilə, o, ancaq finalda görüşə bilər.

    Digər dünya liderimiz Rüstəm Orucov(73 kq) finala qədər iki güclü Rusiya təmsilçisini sıradan çıxarmalıdı. Biri - Musa Moquşkov 1/4 finalda ona əngəl ola bilərsə, daha güclü Denis Yartsev yarımfinalda təmsilçimizlə qarşılaşmaq imkanına sahibdi.

    Eləcə də fransız Korval Loiçi hesabdan silməmək lazımdı.

    Əzəli rəqiblər - gürcüstanlı Olimpiya çempionu və mükafatçısı Laşa Şavdatuaşvili ilə Olimpiya ikincisi macar Mikloş Unqvari isə digər yarımqrupda yer alıb. Yəni, onlar bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərovun final yolunda əsas maneələridi.

    Debütantımız Rüfət İsmayılova(81 kq) gəldikdə, reytinqdə bir qədər geridə olsa da, püşk bir yana, çəkidəki durumun o qədər gərgin olmadığını vurğulamaq lazımdı. Finala qədər rusiyalı Alan Xubetsov ilə hollandiyalı Frank De Vit ciddi maneə təsir bağışlayırsa, digər yarımqrupda bolqarıstanlı İvaylo İvanov diqqət çəkir. Digər rəqiblər isə, Bakı "Böyük Dəbilqə"sindəki formasını nümayiş etdirəcəyi təqdirdə keçilməz təsir bağışlamır.

    Məmmədəli Mehdiyevin(90 kq) isə əməlli-başlı bəxti gətirib. 24 yaşlı təmsilçimiz finala qədər çəkinin ən iddialılarından hesab edilən gürcü Beka Qviniaşvili, fransız Aksel Klerqet və rusiyalı Kusen Kalmurzayevdən "qaçıb". Öz qrupunda slovakiyalı Mihael Zqank xüsusi nəzərə çarpırsa, ümumən yarımqrupun ən reytinqlisi Tokio "Böyük Dəbilqə"sinin qalibi, serbiyalı Aleksandar Kukoljdu.

    100 kiloqramda Elmar Qasımov reytinq lideri olsa da, püşk onu elə qrupdaca heç də sıradan rəqiblərlə üz-üzə qoymayıb. Olimpiya vitse-çempionu yarımfinala çıxmaq üçün məşhur rusiyalı Kiril Denisov və əvvəlki görüşlərdə ona gərgin anlar yaşadan portuqaliyalı Xorxe Fonsekanı sıradan çıxarmalıdı. Final yolunda isə komanda yoldaşı Elxan Məmmədov və isveçli Martin Paçek qeyd edilməli rəqiblərdi. Yəni, təmsilçilərimiz bir yarımqrupda yer alır ki, belədə Elmar haqqında bildirilən fikirləri Məmmədova da şamil etmək lazımdı.

    Hərçənd, digər yarımqrup daha güclü təsir bağışlayır. Orada məşhur gürcü Varlam Liparteliani, son Olimpiadanın bürünc mükafatçısı, fransız Sirill Mare, hollandiyalı Mixael Korrel və digər Rusiya təmsilçisi Kazbek Zankişiyev kimi rəqiblər finaladək bir-birini sıradan çıxaracaq.

    Uşanqi Kokauriyə(+100) gəldikdə, öncədən vurğulamaq lazımdı ki, əfsanəvi Fransa cüdoçusu Riner bu turniri buraxır. Bu, müəyyən mənada gürcü legionerimiz üçün şansdı. Lakin, o, elə qrupdaca macarıstanlı Barna Bor kimi titullu rəqiblə münasibətlərinə aydınlıq gətirməlidi. Final yolunda isə ukraynalı Yakiv Kammo və həmyerlisi Adam Okruaşvili diqqət çəkir.

    Çəkiyə yeni keçsə də, ilk yarışlardaca iddiasını ortaya qoyan 100 kq-da son Olimpiya çempionu çexiyalı Lukas Krpalek, rumıniyalı "giqant" Daniel Natea, digər ukraynalı Stanislav Bondarenko və hollandiyalı Roy Meyer isə digər yarımqrupda finala ən iddialılardı.

    Kişi cüdoçulara nisbətdə qadın təmsilçilərimiz xeyli iddiasız təsir bağışladığından onlar haqda hansısa dəyərləndirmə qeydə almaq bir qədər çətindi. Sadəcə, vurğulamaq lazımdı ki, rəqiblərin yarıdan çoxu önbaxış etibarilə həm Aişə Qurbanlıdan, həm də Nəzakət Əzizovadan daha güclü təsir bağışlayır.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10