Xəbər Lenti

    Ansi Aqolli: "Çempionlar Liqasının qrupunda oynamaq istəyirik"

    FutbolTarix: 2017-04-19 18:05:53
    ...

    “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, 35 yaşlı sol cinah müdafiəçisi komandasını növbəti dəfə çempion olmasından danışıb. 

    Aqolli Azərbaycan kubokunun finalında “Qəbələ”yə qarşı keçirəcəkləri qarşılaşma haqqında da fikirlərini bildirib: “4-cü dəfə çempion olmaq əla hissdi. Bu sevinci yaşamağımıza şadam. Zədəlilərin çox olmasına baxmayaraq birinci olduq. Bir neçə gün sonra keçiriləcək ölkə kubokunun finalına da hazırlaşırıq. “Qəbələ” güclü rəqibdi və heyətində əla futbolçular var. Bizi onlara qarşı ağır oyun gözləyir. Mövsümü “qızıl dubl”la tamamlamaq üçün əlimizdən gələni edəcəyik”.

    Təcrübəli müdafiəçi “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində oynamaq istədiklərini deyib: “Birinciliyi əldə etdik və Çempionlar Liqasına yollanacağıq. Kubokun finalından sonra ÇL haqqında düşünəcəyik. Qitənin ən böyük klub turnirinin qrup mərhələsində oynamaq istəyirik”.

    Alban futbolçu həmyerlisi Andi Lilanın Azərbaycan klublarına transferindən də danışıb: “Ümid edirəm ki, Andi burada özünə güclü klublardan birini seçəcək. O müqavilə imzaladıqdan sonra ətraflı danışa bilərik”.

    “Qarabağ”lı oyunçu ölkəsinin çempionatının ildən-ilə yüksəldiyini bildirib: “Albaniya liqası yüksəlişə doğru gedir. Artıq 3 komanda liderlik üçün yarışır. Fikrimcə, daha irəli gedə bilərlər”.

    Aqolli millisinin DÇ-2018-in seçmə mərhələsində çıxışına da münasibətini açıqlayıb: “Çox çətin oldu. Avropa çempionatında iştirak etdikdən sonra DÇ-yə də yollanmaq istəyirik. Amma seçmə mərhələdə hələ ki, istədiyimizi edə bilmirik. Növbəti turda İsraillə çətin oyunumuz var. Bu matçda mütləq qələbə qazanmağa çalışacağıq”.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10