Xəbər Lenti

    "Qarabağ" - "Qəbələ" finalını idarə edəcək hakim müəyyənləşib

    FutbolTarix: 2017-04-19 17:10:00
    ...

    "Qarabağ"la "Qəbələ" arasında keçiriləcək Azərbaycan kubokunun final oyununu kimin idarə edəcəyi bəlli olub. Sport24.az xəbər verir ki, "Qarabağ"la "Qəbələ" arasındakı oyunda Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadası fit çalacaq. Son vaxtlar prinsipial görüşləri yüksək səviyyədə idarə etməsi 45 yaşlı Yusifovun bu oyuna təyinat almasına səbəb olub.

    Sabiq FIFA referisi komandalar arasında keçirilən son iki matçın da baş hakimi olub. O həm III dövrədə Qəbələdə keçirilən oyunda (2:0), həm də aprelin 9-da bu rəqiblər arasındakı son görüşdə (0:0) əsas söz sahibi olub. Həmin qarşılaşmalardan sonra tərəflərin heç birinin hakimlikdən şikayətlənməməsi təyinatda həlledici rol oynayıb. Hakimlər Komitəsi bu oyun üçün Yusifova alternativ kimisə görməyib.

    Mayın 5-də keçiriləcək final matçı Naxçıvan şəhər stadionunda təşkil ediləcək (futbolpress.az).

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10