Xəbər Lenti

    Serjinyo: "Kəpəz" - "Qəbələ" oyununda atmosfer “Benfika” – “Portu” qarşılaşması səviyyəsində idi"

    FutbolTarix: 2017-04-19 16:57:00
    ...

    Braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində Gəncədə “Qəbələ” üzərində qazanılan 2:0 hesablı qələbədə Serjinyonun da əməyi az olmayı.b Sport24.az xəbər verir ki, “sarı-göylər”in yarımmüdafiəçisi oyunu ilə komandanın 3 xal qazanmasında mühüm rol oynadı.

    Klub saytına açıqlama verən Serjinyo bu matç ilə bağlı fikirlərini bölüşüb: “Əla matç alındı. Oyuna yaxşı başlamışdıq, üstünlük də bizim tərəfimizdə idi. Ancaq ilk 20 dəqiqədən sonra rəqib fəallaşdı və oyunu balanslaşdırdı. Bu üzdən meydanda bərabər səviyyəli oyun getdi. İkinci hissədə isə biz çox güclü idik. Motivasiyamız super idi. Yaxşı oynadıq və çoxlu qol imkanları yaratdıq. Ədalətli olaraq da, matçı qalib başa vurduq”.

    Kosta oyunun sonlarına doğru əvəzlənsə də, bu daha çox hesabın qorunmasına hesablanmış addım idi. 26 yaşlı portuqaliyalı yarımmüdafiəçi meydanda olduğu 82 dəqiqə ərzində hücum xəttində möhtəşəm oyun sərgilədi, komanda yoldaşlarını ötürmələr ilə təmin edib, hətta epizodların birində özü də fərqlənməyə yaxın oldu. Amma zərbəsi tirə tuş gəldi. Bir sözlə, Karneyro bəlkə də cari mövsümdə ən yaxşı oyununu keçirdi: “Şübhəsiz ki, bu oyun mənim çempionatda ən yaxşı matçım idi. Düşünürəm ki, hamı kimi mən də yaxşı çıxış etdim. Təbii ki, kiminsə yaxşı oynaması yox, ən vacib olanı komandanın qələbə qazanması idi. İndiki vəziyyətdə isə ən önəmlisi “Kəpəz”in qalib gəlməklə məqsədinə doğru irəliləməsidir”.

    Serjinyo oyun boyu komandanı dəstəkləyən azarkeşlər haqda da danışıb: “Stadionda super atmosfer vardı. İkinci hissə fantastik idi, oyunumuzla azarkeşləri ayağa qaldırmışdıq. Onlar bir-birinin ardınca təhlükəli vəziyyətlər izləyirdilər və yerlərində sakit oturmağa macal tapmırdılar. Gəncədə oynamaq həmişə əladır. Azarkeşlər bizə güc və inam bəxş edir, bu isə oyunumuza çox kömək olur. Fanatlar xüsusən də, “Qəbələ” ilə matçda super idilər. Atmosfer Portuqaliyadakı böyük oyunların, məsələn, “Benfika” – “Portu” qarşılaşmaları səviyyəsində idi”.

    “Kəpəz”in qarşısında duran əsas vəzifə ötən mövsümkü uğuru təkrarlayıb Avropa Liqasına vəsiqə qazanmaqdır. Portuqaliyalı futbolçu hələ mübarizənin irəli olduğunu söyləyib: “Nəzəri olaraq şanslarımız var, ancaq indi hər şey tək bizdən asılı deyil! Hazırda ən önəmlisi AZAL-la görüşdür. Bu oyun bizim üçün final matçına bərabərdir. Qalib gəlməliyik, görüşün necə keçəcəyini bilmirik. Lakin biz ora qələbəni düşünərək yollanacağıq və bunun üçün də əlimizdən gələni edəcəyik. Mən bunu komanda yoldaşlarımın adından da deyə bilərəm”.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10