Xəbər Lenti

    Starkovun "Bakı"dan sonrakı 5 illik həsrətinə son qoyuldu

    FutbolTarix: 2017-04-19 15:07:44
    ...

    "Bakı"nın latviyalı sabiq baş məşqçisi Aleksandr Starkov yeni təyinat alıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis öz milli komandasına 3-cü dəfə baş məşqçi təsdiqlənib. Bu haqda Latviya Futbol Federasiyası məlumat yayıb. Onun lehinə federasiyanın Məşqçilər Şurasının üzvləri və sədri Yanis Skredelis səs verib. 

    Starkov daha öncə 2001-04-ci və 2007-13-cü illdə başçılıq edib. Latviya milli komandası tarixinin ən yaxşı göstəricisinə - 2004-cü ildə Avropa çempionatının final mərhələsinə onun rəhbərliyi altında çıxıb. Starkov 2016-cı ilin fevralında milliyə dönmüşdü. O, keçmiş yetirməsi olan baş məşqçi Maryan Paxarın rəhbərlik etdiyi məşqçilər korpusuna daxil idi. Gənc mütəxəssis 2013-cü ildən bu vəzifədə idi. 

    Vətənində "Skonto"da, Rusiyada Moskva "Spartak"ı işi ilə tanınan Starkov 2011-12-ci illərdə "Bakı"nın baş məşqçisi olub. Maraqlıdır ki, bu, 62 yaşlı mütəxəssisin baş məşqçi kimi son iş yeri olub. "Zolaqlılar"a böyük ümidlərlə gətirilsə də, uğusuz fəaliyyət ilə yadda qalan Starkov vətənində "Skonto" ilə 12 il ardıcıl - 1993-2014-cü illərdə ölkə çempionu olub, "Spartak"la isə 2005-ci ildə Rusiya Premyer Liqasının gümüş medalını qazanıb. 

     

     

     


     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10