Xəbər Lenti

    Avropa Cüdo Birliyinin önbaxışı: "Orucov ikinci dəfə çempion olarsa..."

    CüdoTarix: 2017-04-18 13:58:00
    ...

    Avropa Cüdo Birliyinin rəsmi saytı aprelin 20-də start götürəcək Avropa çempionatı ilə bağlı önbaxış dərc edib. Sport24.az xəbər verir ki, ikinci gün yarışacaq cüdoçular üçün hazırlanan yazıda komandamızın liderlərindən olan Rüstəm Orucova(73 kq) xüsusi yer verilib.

    Orucovun dünya reytinqində birinci olması vurğulanıb. Qeyd edilib ki, əgər 25 yaşlı Olimpiya ikincimiz ötən il olduğu kimi, bu Avropa çempionatında da qızıl medal qazanarsa, Azərbaycan tarixindən ən çox bu titula yiyələnən veteran cüdoçumuz Elçin İsmayılova yaxınlaşacaq. 

    Lakin, onu bu yolda çətin mübarizə gözlədiyi də nəzərə çatdırılıb. Əsas rəqiblər kimi gürcüstanlı Laşa Şavdatuaşvili, rusiyalılar Denis Yartsev və Musa Moquşkov, belçikalı Dirk Van Tiçelt, macarıstanlı Mikloş Unqvari və onun komanda yoldaşı Hidayət Heydərovun adı qeyd edilib.

    Heydərovun bir dəfə Orucova qalib gəldiyi də yazıda vurğulanıb.

    Saytda həmçinin Orucovun çempionatla bağlı açıqlaması da yeür alıb: "Çiynimin zədəli olmasına rəğmən, sona qədər döyüşəcəm. Məqsədim medal almaqdı. Mən ikinci dəfə Avropa çempionu olmağı çox istəyirəm və bunun üçün əlimdən gələni edəcəm".

    Bildirək ki, yarışın ikinci günündə kişilərdə 73 və 81, qadınlarda isə 63 və 70 kiloqram çəki dərəcələrində mübarizə baş tutacaq.

    Qeyd edək ki, Rüstəmdən başqa, Azərbaycan cüdosunda Avropa çempionuna tituluna sahib 3 şəxs var. Nazim Hüseynov iki(1992, 1993), Elnur Məmmədli iki(2006, 2011), Elçin İsmayılov isə üç dəfə(2000, 2001, 2005) qitənin ən güclüsü olub.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0