Xəbər Lenti

    İslamiada: İHİF-ə üzv olan bütün ölkələr Bakıda yarışacaq

    İslamiadaTarix: 2017-04-17 17:02:00
    ...

    Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) 12 və 22 may tarixləri arasında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İHİF-ə üzv olan 57 ölkənin idmançılarının yarışacaqlarını elan edib. Sport24.az xəbər verir ki, bu, təşkilatın bütün üzvlərinin paytaxtımızda mübarizə aparacağı deməkdi.

    İHİF və AİHOƏK tərəfindən  bütün tərəflərlə əldə olunan razılaşmaya əsasən Küveyt idmançıları İHİF –nın bayrağı altında iştirak edəcək.

    Razılığa əsasən Küveytdən olan idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcək. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İHİF-in Baş Katibi H. E. Faysal Əbdüləziz Əl-Nassar bu elanla əlaqədar bildirib: "İslam Həmrəyliyi Oyunları birlik və sülh mesajını özündə birləşdirən çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridir. Əminik ki, islam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi oyunları cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək.”

    "Buna görə də, İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu oyunlarda iştirak etməsi bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk."

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10