Xəbər Lenti

    "Synergy Baku"nun Mərakeş sərgüzəştləri başa çatdı: Bir köynək və üçüncülük

    DigərTarix: 2017-04-17 00:10:00
    ...

    Mərakeşdə təşkil olunan "Tour du Maroc" velosiped turniri başa çatıb. Sport24.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı yarışının son mərhələsində komandamızın heyətində ən yaxşı göstəriciyə Elçin Əsədov imza atıb. O, finiş xəttini 44-cü keçib.

    Samir Cəbrayılov mərhələni 59-cu, Kiril Pozdnyakov isə 66-cı sırada tamamlayıb.

    Beləliklə, komandamızın üzvlərindən Yosip Rumaç yekun nəticədə turnirin "dağlar kralı" adına yiyələnib 4-cü mərhələdən etibarən liderliyə yüksələn velosipedçimiz bu üstünlüyünü sonadək qorumağı bacarıb və cari mövsümdə komandasına ilk köynəyi qazandırıb.

     Yarışın 1-ci və 4-cü mərhələlərində qalib olan Kiril Pozdnyakov ümumi təsnifatda 3-cü olub.

    İlk 20-likdə “Synergy Baku”nun daha 2 üzvü yer alıb. Bunlar, müvafiq olaraq, 11 və 13-cü yerdə qərarlaşan Yosip Rumaç vƏ 7-ci mərhələnin qalibi olmuş Elit yığmamızın digər üzvü Elçin Əsədovdu. Samir Cəbrayılov İSƏ sıralanmada 25-ci olub.

    "Synergy Baku" komanda hesabında dördüncü pillədə qərarlaşıb. 

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10