Xəbər Lenti

    Faiq Qarayev komandanı Sloveniyada hazırlaşdırır

    VoleybolTarix: 2017-04-16 16:54:43
    ...

    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada təlim-məşq toplanışındadı. Sport24.az xəbər verir ki, bu, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələlərinə hazırlaşmaq məqsədi daşıyır.

    Mayın 2-dək keçiriləcək hazırlığa Faiq Qarayev milli komandanın əsas üzvləri - Valeriya Məmmədova, Aynur Kərimova, Yelizaveta Səmədova, Marqarita Əzizova, Kristina Yaqubova, Anastasiya Qurbanova, Anastasiya Şaş, Yekaterina Jidkova, Ayşən Abduləzimova, Oksana Kiselyova, Olena Həsənova və Ceyran Əliyeva iştirak edir. Komandamız bir neçə hazırlıq görüşü keçirməyi planlaşdırır.

    Millinin ehtiyat qüvvəsi hesab edilən voleybolçular - Yana Əzimova, Anita Bredis, Yuliya Kərimova, Kseniya Pavlenko, Anastasiya Bessonova, Anastasiya Baydyuk, Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Yuliya Pşeniçnıx, Yelena Yakımçuk və Ülkər Kərimovadan ibarət gənclər komandası isə Qubada təlim-məşq toplanışındadı. Onlar məşqlərini türkiyəli mütəxəssis Adnan Kistakın rəhbərliyi ilə keçirlər.

    Bakıya qayıtdıqdan sonra yığma komandamız mayın 4-də paytaxtımıza gələcək Belarus millisi ilə iki yoldaşlıq görüşü keçirəcək. “Bakı-2017”nin iştirak ərizəsinə düşəcək qadın voleybolçuların adları da bu yoldaşlıq görüşlərindən sonra məlum olacaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10