Xəbər Lenti

    Su səyahəti Ağcabədiyə yetişib

    İslamiadaTarix: 2017-04-16 10:58:00
    ...

    “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabaddan sonra növbəti ünvanı Ağcabədi olub. Sport24.az xəbər verir ki, su səyahətinə Ağcabədi rayonunda Ağgöl Milli Parkından start verilib. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Göl UNECCO-nun himayəsi ilə Ramsar Konvensiyası əsasında beynəlxalq əhəmiyyətli məkan kimi qorunur.

    Karate üzrə 2-ci dan qara kəmər sahibi, Azərbaycanın əməkdar məşqçisi Eldəniz Qəmbərov, karate üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısı Adəm Məmmədov və Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Fatimə Şirinova Ağgöl Milli Parkında “Bakı-2017”in misdən hazırlanmış səhəngini su ilə doldurub şəhərdəki Heydər Əliyev Meydanında keçiriləcək “Su festivalı”na yola düşüblər.

    Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin idman zalında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara uğurlar arzulayıblar.

    “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Oyunların bağlanış mərasiminə biletlər təqdim olunub.

    “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Ağcabədi şəhərindəki Heydər Əliyev Meydanında axşam saatlarında “Su festivalı” keçiriləcək, konsert proqramı təqdim olunacaq.

    Qeyd edək ki, "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10