Xəbər Lenti

    "Dopinqlə idmançı ruhunu rəzil eləmə!" - Canlı əfsanə

    DigərTarix: 2017-04-15 15:22:00
    ...

    "Dopinqdən istifadə bizim dövrdə də olub. Eləsini gözlərindən tanıyırdım. Mən hərəkəti icra edərkən, ağırlığın altında əzilirdim, o, hop deyib götürürdü". Sport24.az xəbər verir ki, bunu dünya ağır atletikasının canlı əfsanələrindən olan türkiyəli Naim Süleymanoğlu yerli mətbuata dopinq qalmaqallarından danışarkən, deyib.

    Üçqat Olimpiya və beşqat dünya çempionu yeni nəsil atletləri hazıra nazirlikdə qınayıb: "İndiki gənclər mobil telefona, internetə qurşanıb, əziyyət çəkmədən asan yolla çempion olmaq istəyirlər. Fikirləşirlər, görəsən, hansı dərmanı içsəm, tutulmaram. Amma anlamaq lazımdı ki, gec-tez tutulacaqsan. Ölkə çempionatında bəlkə canını qurtararsan, ancaq Avropa və Dünya çempionatlarına körpücüyə çıxan atletin tutulmaqdan qaçışı yoxdu. Həm öz sağlığını düşün, həm də idmançı ruhunu rəzil eləmə!".

    O, özündən misal gətirib: "Mən Sidneydə "sıfır"ı gözə aldım, amma bu çirkin yola qol qoymadım. Etsəydim, mütləq tutulardım. Bu elə bir şeydi ki, baxmır sən kimsən. Bütün karyeram məhv olardı. Savadlı və əxlaqlı idmançı bundan uzaq durar".

    Qeyd edək ki, son illər ağır atletikada dopinq aşkarlanması halları xeyli artıb. Türkiyə ağır atletləri də daxil, onlarla Olimpiya və dünya çempion-mükafatçıları bu səbəbdən titullarından məhrum edilib, idmandan kənarlaşdırılıb. Eləcə də Azərbaycan millisinin bir neçə üzvü buna görə ömürlük disvalifikasiya olunub.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Səbail 2 1 0 1 2-2 3
Kəpəz 1 0 0 1 1-2 0
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10