Xəbər Lenti

    Xəzərdən başlayan səyahət Sabirabadda

    İslamiadaTarix: 2017-04-14 20:14:00
    ...

    Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Sabirabad rayonu olub. Sport24.az xəbər verir ki, Sabirabadda yerləşən Kür-Araz çayı ovalığı ətrafında tədbir keçirilib. 

    İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev “Bakı-2017”nin mis səhəngi su ilə doldurub, axşam saatlarında şəhərdəki Heydər Əliyev parkında keçirilən Su festivalında təqdim edibilər.

    Sonra Sabirabad şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil olan “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasovun iştirakı seyricilərdə əyləncəli anlar yaşadıb.

    Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib.  Tədbirə sərbəst giriş imkanı olan region sakinləri, Mirvari rəqs qrupu, Sərxan Baxşıyev, Zoya Məmmədova və  Şamil Sabirabadlının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

    Qeyd edək ki, Xəzərdən başlayan səyahət 37 gün davam edəcək və mayın 12-də Bakıda açılış mərasimi ilə başa çatacaq. Ölkənin müxtəlif yerlərindən olan uşaqlar göl və çaylardan, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən artıq dövlətini Oyunlarda salamlayacaqlar.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10