Xəbər Lenti

    İslamiadanı yayımlayacaq yerli telekanal açıqlandı

    İslamiadaTarix: 2017-04-14 18:55:00
    ...

    Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunların “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən yayımlanacağını elan edib. Sport24.az xəbər verir ki, bu razılaşmaya görə, AzTV Oyunlarla əlaqədar yayım materialları üzrə aşağıdakı eksklüziv istifadə hüququna malik olacaq:

    - Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayımlanması
    - Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrinə həsr edilmiş  bir saatlıq gündəlik proqram 
    - Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması
    - Oyunlar haqqında iki saatlıq proqram

    Bakı 2017-nin  korporativ direktoru və könüllülərin səfiri, Elçin Səfərov əlavə edib: "Biz Azərbaycanın aparıcı yayım şirkəti AzTV ilə çox böyük məmnuniyyətlə tərəfdaşlıq edirik. AzTV ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərin yayımlanması ilə bağlı uzun və zəngin tarixi olan dövlət yayım şirkətidir."

    AzTV Azərbaycan dövlət kanalı olduğu üçün ilk və birbaşa yayım hüququ məhz Azərbaycan Televiziyasına verilib. AzTV ev sahibliyi edən ölkənin yayım hüquqlu şirkəti kimi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bütün Azərbaycanda yayımlanmasını təmin edəcək. Azərbaycan Televiziyası irimiqyaslı beynəlxalq idman yarışlarının işıqlandırılmasında zəngin təcrübəyə, peşəkar kadr potensialına, ən müasir texniki imkanlara malikdir.

    Bakı 2017 yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında İslam həmrəyliyi ruhunu möhkəmləndirməyə xidmət edəcək, heyrətamiz beynəlxalq idman tədbiri kimi seçiləcək.

    IV İslamiada mədəniyyətlərarası dialoqun qurulmasına böyük töhfələr verən ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki əzmkar fəaliyyətinin daha bir təntənəsinə çevriləcək. Bu böyük tarixi hadisənin qələbə sevinclərini, unudulmaz məqamlarını, həyəcan və yaşantılarını çoxmilyonlu tamaşaçı auditoriyası ilə bölüşəcəyimiz günlərə az qalıb. Gəlin, sülhə və əməkdaşlığa çağıran möhtəşəm idman bayramının sevinclərini birlikdə yaşayaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0