Xəbər Lenti

    Cüdo federasiyamızda lisenziyalaşdırma ilə bağlı tədbir keçirildi - FOTOSESSİYA

    CüdoTarix: 2017-04-14 15:20:00
    ...

    Azərbaycan Cüdo Federasiyası son vaxtlar bir çox məsələlərlə bağlı gördüyü işləri sürətləndirməkdədi. Sport24.az xəbər verir ki, respublikamızın müxtəlif bölgələrində müasir cüdo məşq zallarının açılıb istifadəyə verilməsi, perspektivli cüdoçuların aşkar olunması və onlara lazımi şəraitin yaradılması prosesi mütəmadi olaraq davam etdirilir.

    Bununla yanaşı, federasiyanın qarşısında duran prioritet məsələlərdən biri də ölkədə cüdo klubları və idman təşkilatlarının nəzdində olan cüdo bölmələrinin qeydə alınması və onlara lisenziyaların verilməsi idi. Bu gün Azərbaycan Cüdo Federasiyasında bu mövzuya həsr olunmuş tədbir keçirildi. Quruma 70-dən çox müraciət olunsa da, onlardan standartlara cavab verdiyinə görə 56-na lisenziya təqdim olundu. Klub və təşkilat nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə gələcəkdə standartlara cavab verən qurumlara lisenziyaların verilməsinin davam etdiriləcəyi qeyd olundu.

    Lisenziya klub və təşkilatlara 5 il müddətinə verilir. Bu da onlara həmin vaxt ərzində Azərbaycan Cüdo Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda iştirak etmək hüququ verir.

    Tədbirdə çıxış edən nümayəndələr lisenziyalaşdırma proqramının həyata keçirilmə qaydalarından razı qaldıqlarını və bu vacib işə görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. O da vurğulandı ki, müstəqillik illərində klub və təşkilatların rəsmi olaraq qeydiyyata alınması və onlara müvafiq lisenziyaların təqdim olunması bir ilkdir. Təbii ki, belə düşünülmüş, məqsədyönlü addımların atılması Azərbaycan cüdosunun daha da sürətlə inkişaf etməsinə təkan verəcəkdi.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0