Xəbər Lenti

    Kliçko Bakıya gəlir

    BoksTarix: 2017-04-12 22:58:00
    ...

    Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun dəvəti ilə aprelin 13-də Azərbaycana səfər edəcək. Sport24.az "Report"a istinadla xəbər verir ki, iki günlük səfəri zamanı V.Kliçko Azərbaycan paytaxtında həmkarı H.Abutalıbovla, siyasi dairələrin və biznes nümayəndələri ilə görüş keçirəcək. O, həmçinin Fəxri xiyabanı, Dövlət Bayrağı Meydanını ziyarət edəcək. Kiyev meri Bakıda inşa olunmuş infrastruktur obyektlərinə, dənizkənarı bulvar kompleksinə, idman arenalarına və müasir Bakı üçün əhəmiyyətli olan digər obyektlərə baxış keçirəcək.
     
    O, Bakıya səfəri ərəfəsində deyib: "Ölkələrimiz arasındakı tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndiririk və onu daha da inkişaf etdirməyə çalışırıq. Üstəlik, Kiyev və Bakı təqribən 20 ildir qardaşlaşmış şəhərlərdir. Bu gün Bakının infrastrukturunun inkişafı üzrə təcrübəsi bizə çox gərəklidir. Son illərdə Azərbaycan paytaxtı bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edib. Bu baxımdan əməkdaşlıqda və infrastrukturun inkişaf etdirilməsi sahəsində yaxşı təcrübəyə malik Azərbaycan biznesinin investisiyalarında maraqlıyıq".

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3