Xəbər Lenti

    Böyük məşqçi Avropa çempionatından ehtiyatlı danışdı: "İslamiadaya görə..."

    CüdoTarix: 2017-04-12 17:28:00
    ...

    Cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Fərhad Məmmədov Sport24.az-ın suallarını cavablandırıb. Mütəxəssis komandanın Avropa çempionatına hazırlığı və perspektivləri barədə danışıb.

    - Avropa çempionatının startına artıq 8 gün qalıb. Komandanın məsul yarışa hazırlığı hansı səviyyədədi?

    - Avropa çempionatı öncəsi iki təlim-məşq toplanışı keçdik. Bəzi zədə problemlərini saymasaq, komandanın hazırlığı normaldı. Medallar gözləyirik. Heyətdə yeni nəfəs - gənclər də var. Məncə, nəticə pis olmayacaq.

    - Ən azından keçənilki nəticəni təkrarlamaq mümkün olacaq, sizcə?

    - Keçən il Olimpiadaya hazırlaşırdıq. Ona görə da çox yüksək formada idilər. Riodan sonra isə uşaqlar bir qədər fasilə verdilər. Bu da onların formasına təsirsiz ötüşməyib. Amma yenə də, inanıram komandaya.

    - Yeni nəfəs dediniz. Bu baxımdan iki nəfər xüsusi nəzərə çarpır: Hidayət Heydərov və Rüfət İsmayılov. Onların şanslarını necə dəyərləndirirsiz?

    - Heydərovdan medal gözləyirəm. Rüfət stabil deyil, əhval-ruhiyyəyə bağlı idmançıdı. Özü də o, böyüklərdə yeni çıxış etməyə başlayıb. İsmayılova bir qədər çətin olacaq.

    - Orxan Səfərovun iştirak edib-etməyəcəyi müəyyənləşib?

    - Orxan kimono məşqlərinə yeni başlayıb. Hazırlığı istənilən səviyyədə deyil. Bir-iki gün də gözləyəcəm onu.

    - Son Olimpiadanın mükafatçıları Rüstəm Orucovla Elmar Qasımov haqqında nə deyə bilərsiz? 

    - Olimpiadadakı formalarında deyillər. Amma deyim ki, Rüstəmin medal şansı var. O, bu yarışda əsas ümidlərimizdəndi. Elmarın boynunda zədə var. Təlim-məşqlərdə də tam gücü ilə işləyə bilmədi. Ona görə Qasımova bir az çətin olacaq.

    Düzdü, təfərrüatları qeyd etdim, amma bu cüdoçular dünən başlayanlar deyil, peşəkar idmançılardı. Hər an hər şey ola bilər.

    - Bəs demək olarmı ki, Avropa çempionatı İslamiadaya nisbətdə bir qədər arxa plandadı?

    - Diqqət daha çox İslamiadaya yönəlib. Bəzi təlim-məşqlərdə də sırf bu səbəbdən ehtiyatlı davrandıq. Bu yarışa da bu baxımdan ehtiyatlı yanaşırıq. Orxanın sağlamlıq durumu istənilən səviyyədə olmasa, onu Polşaya aparmayacağıq. Çalışırıq ki, komandamız İslamiadada tam hazır vəziyyətdə çıxış etsin.

     

    SAHİB ƏSƏDBƏYLİ

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10