Xəbər Lenti

    Dünya Güləş Birliyi püşkatmada ediləcək yenilikləri açıqlayıb

    GüləşTarix: 2017-04-11 11:20:00
    ...

    Dünya Güləş Birliyi 2017-ci il Dünya çempionatının püşkatma sistemində ediləcək yeniliklər barədə məlumat verib. Sport24.az xəbər verir ki, 2016-cı ildə keçirilən Rio Olimpiadası və qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya Çempionatı, 2017-ci ilin Qitə çempionatlarının yekununda qazanılmış xalların nəticəsinə əsasən hər çəki dərəcəsində ilk dördlükdə qərarlaşmış idmançılar püşkatmada iştirak etməyəcək. 

    Dünya Güləş Birliyinin yeni qərarına əsasən xallar aşağıdakı kimi hesablanacaq. 
    mailservice


    * Əgər Qitə çempionatlarında çəki dərəcəsində 1 üçüncü yer olarsa (skandinaviya sistemindəki kimi) 7 xalla qiymətləndiriləcək. 

    Çəki dərəcələrində iştirakçılarının sayı da xalların hesablanmasına təsir edəcək. Məsələn, qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatında 70 kq çəkidə 40 iştirakçı olacağı təqdirdə çempion 25 + 40 = 65 xal qazanacaq. Belə olan halda, iştirakçı sayı çox olan yarışlarda xallar da yüksək olacaq. 

    İdmançı xalları fərdi qaydada qazanır. Əgər 2017-ci ilin Dünya çempionatına Rio Olimpiadasının iştirakçısı olmayan idmançı gedərsə o, püşkatmada iştirak edəcək. 

    Reytinqdə ilk sırada olan idmançı yarış protokolunda ən üst qrupda yer alacaq. Reytinqin üçüncüsü yuxarı qrupun sonunda, ikinci olan idmançı isə protokolun aşağı qrupunun ən üstündə mübarizəyə qoşulacaq. Reytinqin 4-cüsü olan idmançı isə protokolun aşağı qrupunun sonunda yer alacaq. 

    Püşkatmada iştirak etməyən idmançılar təsnifat mərhələsindən azad ediləcək. Əgər püşkatmanın nəticəsində idmançılardan 3 nəfəri təsnifat mərhələsindən azad edilirsə, bu halda reytinqdə 4-cü olan güləşçi təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Əgər 2 nəfər azad edilirsə reytinqdə 3-cü və 4-cü olan idmançılar, 1 nəfər azad edilirsə 2-ci, 3-cü və 4-cü olan idmançılar mübarizəyə təsnifat mərhələsindən başlayacaq. 

    Əgər ilk dördlükdə qərarlaşan idmançılardan biri və ya bir neçəsi çempionatda  iştirak etməzsə onların yerini reytinqdə növbəti mövqelərdə qərarlaşmış idmançılar tutacaq. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10