Xəbər Lenti

    Azərbaycan gimnastikası: 23 illlik tarix

    GimnastikaTarix: 2017-04-09 13:25:00
    ...

    Gimnastika ölkədə geniş imkanlara malik idman növlərindən sayılır. Milli federasiyanın fəaliyyəti cəmi 23 illik bir dönəmi əhatə etsə də, bu idman növü adına nəzərəçarpacaq işlər görülüb. 

    2002-ci ildə Federasiya rəhbərliyində edilən dəyişiklik və beləliklə, təşkilatın yenidən qurulmasından sonra gimnastikanın intibah dövrü başladı. Bu, özünü ilk illərdə əsasən bədii gimnastikada göstərdi.

    Qısa müddət ərzində bədii gimnastika yarışları üzrə təşkilatçılıq təcrübəsi formalaşmağa başladı. Bakıda 2003- cü ildə Dünya Kuboku mərhələsi keçirildisə, iki il sonra dünya çempionatının ev sahibliyinə yiyələndik. Sonrakı dövr ərzində isə ölkəmiz artıq üç qitə çempionatına ev sahibliyi edib.

    Azərbaycan gimnastları Olimpiadada

    Müstəqil ölkə kimi bu günə qədər dörd tsikli uğurla başa vuraraq, Olimpiadalara vəsiqə qazanmışıq.  Bunların üçündə yalnız bədii gimnastika olubsa, "Rio2016"-da idman gimnastikası da zirvə yarışınadək irəliləyə bilib.

    2003-cü ildə Budapeştdə keçirilən dünya çempionatında  Dinara Gimatova Azərbaycan tarixində ilk dəfə Olimpiadaya lisenziya qazandı. Lakin, son anda ağır zədə ucbatından zirvə turnirini buraxmalı oldu. Belədə onu Anna Qurbanova əvəzlədi. O zaman cəmi 18 yaşı olan gimnast Ellada paytaxtında çoxnövçülükdə 14-cü yeri tutdu.
     
    Pekin Olimpiadasına Azərbaycan gimnastları daha geniş - maksimum heyətlə qatıldı. Fərdi yarışlarda Aliyə Qarayeva və Dinara Gimatova, qrup hərəkətləri üzrə Anna Bitiyeva, Dina Qorina, Vəfa Hüseynova, Anastasiya Prasolova, Alina Tryopina, Valeriya Yegay mübarizə aparırdı. Geridə qalan tsikl ərzində yığmanın beynəlxalq yarışlarda ən məhsuldarı olan Qarayeva iplərlə üçüncü, çoxnövçülükdə yeddinci, Gimatova isə yalnız lentlə ilk beşliyə düşməklə çoxnövçülükdə 15-ci nəticəni göstərdi. Qrup hərəkətləri üzrə yığma isə iki hərəkətin cəmində 7-ci sırada qərarlaşdı.

    Londona qədərki təsnifat mərhələsini isə yalnız Aliyə Qarayeva uğurla tamamladı. Buna qədər Yay Universiadasının gümüş, müxtəlif hərəkətlər və çoxnövçülükdə Dünya, Avropa çempionatlarının bürünc medalını qazanan Qarayeva 24 gimnast arasında 5 önbaxış favoritindən biri idi. O, rusiyalılar - Yevgeniya Kanayeva və Darya Dmitriyeva, bolqarıstanlı Silviya Miteva və Belarus təmsilçisi Lyubov Çarkaşına ilə medala əsas namizədlərdən hesab olunurdu.

    Image result for aliyə qarayeva london

     Mükafat gəlməsə də, Aliyənin çıxışı kifayət qədər uğurlu alınır. Ayrı-ayrı hərəkətlərdə ilk üçlüyə düşən Qarayeva çoxnövçülükdə  Belarus gimnastından cəmi 0.125 bal geri qalır.. 

    Son tsikdə isə Marina Durunda ön plana keçdi. Hər yarışda ciddi irəliləyişə nail olan sözügedən gimnast yığmada iderliyi ələ keçirərək, dünyanın ən yaxşı 26 gimnastı sırasına düşməyi bacardı. Nəticə medala müvafiq olmasa da, ilk onluğa düşən (9-cu yer) Mariya üçün bu, heç də pis göstərici sayılmamalıdı.

    Image result for marina durunda rio 2016

    İdman gimnastikası, batut və tamblinqdə ilk addımlar

    Son illər idman və batut gimnastikası, eləcə də tamblinq adına canlanma müşahidə olunur. Ötən ildən başlayaraq bu növlər üzrə Bakıda Dünya Kubokunun mərhələ yarışlarının keçirilməsinə başlanılıb. Batut və tamblinq üzrə mövsümün ilk belə yarışı da məhz paytaxtımızda təşkil olundu.

    Image result for idman gimnastikası ilk dəfə dünya kuboku

    İdman gimnastikasında artıq nəticələr də əldə edilib. Oleq Stepko ilə bir sıra yarışlarda, o cümlədən Dünya çempionatında medal qazanılıb. Bunun nəticəsi olaraq Rio Olimpiadasınadək irəliləmişik.
    Qadınlarda isə Marina Nekrasovanın adını qeyd etmək lazımdı. 21 yaşlı idmançımız ötən ay paytaxtda ikinci dəfə keçirilən Dünya Kubokunda üçüncü olmaqla, iddiasını ortaya qoydu.
     

    Növbəti Dünya Kubokuna doğru

    Ən zərif idman növünün nümayəndələri aprelin 28-30-u aralığında yenidən Milli Gimnastika Arenasına toplaşacaqlar. Mövsümün üçüncü mərhələsində 19 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

    Ölkəmizi Marina Durunda, yeniyetmələr proqramında Avropa Çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, qrup hərəkətləri komandasının tərkibində Avropa çempionatının gümüş medalçıları Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

    Həmçinin digər ölkələrdən olan məşhur idmançılar da turnirdə məharətlərini göstərəcəklər. Fərdi yarışda ikiqat dünya çempionu Aleksandra Soldatova, tanınmış İsrail gimnastı, Avropa üçüncüsü Zelikman Nikol, qrup hərəkətlərində isə Olimpiya Oyunlarının qalibi Rusiya, gümüş medalçı İspaniya və Olimpiya üçüncüsü Bolqarıstan yığmalarının çıxışı turnirə xüsusi rəng qatacaq.

    SAHİB ƏSƏDBƏYLİ
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0