Xəbər Lenti

    Rəsul Çunayev 1 dəqiqəyə çempion oldu - YENİLƏNDİ

    GüləşTarix: 2017-04-08 18:37:51
    ...

    Final proqramında mübarizə aparan komandamıızn beş üzvündən dördü görüşlərini qələbə ilə başa vurub.

    Finala yüksələn Çunayev Qırğızıstan təmsilçisinə 1 dəqiqə ərzində tam üstünlüklə qalib gələrək, turnirin qızıl medalına sahib olub.

    Yunan-Roma güləşindəki digər təmsilçimiz Taleh Məmmədov da qırğız rəqibini üstələyib. 

    Kişilərin sərbəst güləşində mübarizə aparan Mahir Əmiraslanov və Məhəmməd Müslümov da "bürünc" mübarizəsini qələbə ilə tamamlayıb.

    Qadınların sərbəst güləşindəki təmsilçimiz Elis Manolova isə beşinciliklə kifayətlənməli olub.

    ***

    Bolqarıstanda keçirilən Dan Kolov və Nikola Petrovun xatirə turnirinin ilk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışıb. Sport24.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev yarımfinalda Macarıstanlı son dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Qırğızıstan təmsilçisi olacaq.

    Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

    Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) da bürünc medal görüşünə çıxacaq.

    Sərbəst güləşçilərimizdən 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov yarımfinalda Rumıniyalı rəqibinə uduzub. Axşam proqramında güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

    65 kq-da yarışan Məhəmməd Müslümov da bürünc medal üçün mübarizə aparacaq.

    Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 27 17 6 4 44-13 59
Qəbələ 27 14 10 3 47-19 52
İnter 27 11 10 6 39-32 43
Zirə 27 9 9 9 26-26 36
Kəpəz 27 8 9 10 23-27 33
Sumqayıt 27 8 8 11 26-34 32
Neftçi 27 9 2 16 23-43 29
AZAL 27 1 7 19 13-47 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10