Xəbər Lenti

    İHİF İdarə Heyətinin 25-ci toplantısı keçirildi

    İslamiadaTarix: 2017-04-07 20:45:00
    ...

    6 aprel, 2017-ci il tarixində Bakıda İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İdarə Heyətinin 25-ci toplantısı keçirilib. Sport24.az xəbər verir ki, yığıncaq İHİF-in Prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləzizin rəhbərliyi altında, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, cənab Azad Rəhimovun və Türkiyə Respublikasının Gənclər və İdman Naziri, cənab Akif Çağatay Kılıçın iştirakı ilə təşkil olunmuşdur. 
    İlk növbədə, Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz İHİF İdarə Heyətinin bütün üzvlərini və yığıncaqda iştirak edən hər kəsi səmimi qəlbdən salamlamışdır. Giriş nitqində o, qonaqpərvər Azərbaycan xalqına təşəkkür etmişdir.

    Eyni zamanda o, Bakı 2017 Oyunlarının uğurla keçməsi üçün dəstəyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Oyunların idarəedilməsi və səmərəli təşkilinə rəhbərlik edən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və AİHOƏK-in Sədri, Meriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

    Giriş nitqindən sonra gündəliyin bütün məsələləri müzakirəyə çıxarıldı. Yığıncağın gündəliyinə əsasən əvvəlki idarə heyəti dövründə İHİF-in gördüyü işlər və keçirdiyi seminarlar müzakirə edildi, fikir mübadiləsi aparıldı.

    Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş Gənclər və İdman Nazirlərinin İslam Konfransının 3-cü sessiyasında qəbul edilmiş İslam ölkələrində idmanın inkişaf strategiyası İHİF-in idarə heyəti tərəfindən nəzərdən keçirilərək təsdiq edilib.

    İHİF-in idarə heyəti tərəfindən 2021-ci ildə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları üçün İstanbul şəhərinin namizədlik müraciətinə baxılıb və namizədlik təsdiq edilib.

    İHİF-in prezidenti 2021-ci ildə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi üçün Türkiyə Cümhuriyyətinə səmimi təbriklərini çatdırıb. O, eyni zamanda 5-ci oyunlara ev sahibliyi edəcəyi üçün Türkiyə Cümhuriyyəti xalqına və hökumətinə minnətdarlığını bildirib. Yığıncağın sonunda İHİF-in prezidenti idarə heyətinin bütün üzvlərinə və yığıncaq iştirakçılarına təşəkkürünü bildirərək onlara daha çox müvəffəqiyyət və tərəqqi arzu edib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0