Xəbər Lenti

    Avropa çempionlarından böyük irəliləyiş - Enən Bayramovdu

    GüləşTarix: 2017-04-07 02:45:00
    ...

    Dünya Güləş Birliyi kişi və qadın sərbəst güləşçilərin ardından yunan-Roma üsulu ilə güləşən pəhləvanların da yeni reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, aprel ayının reytinqinə əsasən Azərbaycan yığmasının  üzvlərinin mövqeyində dəyişikliklər baş verib.

    Əsas heyət üzvləri arasında yeganə eniş Rövşən Bayramovun adı ilə bağlıdı. İkiqat Olimpiya vitse-çempionumuz üç pillə geriləyərək, 59 kq-da  9-cu sıraya düşüb. Əvəzində 59 kq-da U23 Avropa çempionatının qalibi olan Murad Məmmədov "20-liy"ə daxil olub. Gənc güləşçimiz hazırda 12-cidi.

    66 kq-da Rəsul Çunayev mövqeyini qoruyub. Olimpiya mükafatçısı hazırda üçüncüdü. 

    71 kq-da da lider təmsilçimiz yerində qalıb. Qeyri-Olimpiya çəki dərəcələri üzrə keçirilən Dünya çempionatının bürünc mükafatçısı üçüncüdü. U23 Avropa çempionatının qalibi İslambek Dadov isə bu çəkidə ikinci güləşçimizdi. O, 19-cu pilləyədək yüksəlib.

    Elvin Mürsəliyevin də mövqeyində heç bir dəyişiklik yoxdu. 28 yaşlı pəhləvan əvvəlki kimi 75 kq-nın yeddincisidi.

    80 kq-da Rafiq Hüseynov iki pillə irəliləyərək, beşinci sırada qərarlaşıb.

    İslam Abbasovun Dünya Kubokundakı çıxışı mövqeyinə təsirsiz ötüşməyib. 21 yaşlı güləşçimiz bir pillə qabağa düşüb. O, hazırda 6-cıdı.

    Dünya Kubokundakı uğurlu çıxışın ardını U23 Avropa çempionatında da maksimum gətirən Orxan Nuriyev ötən aya nisbətdə böyük sıçrayış edib. Martda "20-lik"də olmayan Nuriyev hazırda 12-cidi.

    Digər Olimpiya üçüncümüz Sabah Şəriəti də mövqeyini dəyişməyib. 28 yaşlı güləşçi 130 kq-da 4-cü pillədə qərarlaşır.

    Qeyd edək ki, reytinqdə ilk pillələri tamamilə Olimpiya çempionları və qeyri-Olimpiya çəki dərəcələri üzrə 2016-cı ildə keçirilən Dünya çempionatının qalibləri tutur.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10