Xəbər Lenti

    "Belə fürsət bir də nə vaxt ələ düşəcək?!" - Federasiya rəsmisi

    BasketbolTarix: 2017-04-02 14:30:00
    ...

    Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmov Sport24.az-ın suallarını cavablandırıb. O, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan basketbol komandalarının 3x3 yarışlarındakı planları barədə danışıb.

    - Rüstəm bəy, gələn ay basketbol komandalarımız İslamiadada çıxış edəcək. Hazırlıqlar necə gedir?

    - Komanda hələ toplanmayıb. Yaxınlarda toplanıb, hazırlığa başlayacaqlar.

    - Bəs, məsul yarışa kimlərin cəlb olunacağı müəyyənləşib?

    * Kişilərdə Amil Həmzəyev, Zaur Paşayev və Orxan Hacıyevin çıxış edəcəyi, demək olar, dəqiqdi. Qadınlarda isə Aleks Molenxauer, Tatyana Deniskina və Dina Ulyanovanın iştirakını planlaşdırırıq. Hər iki komandada dördüncü namizədlər barədə dəqiq nəsə deyə bilmərəm. Çox güman legionerlər arasından birini seçəcəyik.

    - Avropa Oyunlarından fərqli, komanda medal qazana biləcək, sizcə?

    - Avropa Oyunlarına nisbətdə İslam Həmrəyliyi Oyunları rəqabət baxımından geri qalır. Ancaq bu da o dərəcədə zəif keçməyəcək. Məsələn, Qətər və Türkmənistan komandaları güclüdülər.

    Hər halda "doğma divarlar" arasında çıxış edəcəyik. Bundan maksimum istifadə edib, nəticə qazanmaq istəyirik. Belə fürsət bir də nə vaxt ələ düşəcək?!

    -

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10